Türkiyə Suriyada PKK-nın neft zavodunu da vurdu - Video
Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı Suriyanın Kahtaniyə bölgəsinin cənubunda PKK terror təşkilatına aid Odeh neft emal zavodunu yenidən PUA-larla vurub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı görüntü paylaşıb.
Qeyd edək ki, türk ordusu bu sözügedən zavodu iki gün öncə də vurmuşdu. Bu gün isə Fransanın PKK-ya verdiyi sement zavoduna da zərbə endirib.