"Real Madrid" "Barselona"nı darmadağın etdi
İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib.
BUTA.TV xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.
Qeyd edək ki, matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.