Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.