Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

BUTA.TV xəbər verir ki, hadisə ötən il dekabrın 22-də gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş vermişdi.

Qeyd edək ki, piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan VAZ-2106 markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.