Yaponiya xarici işlər naziri Kamikava Yokonun Türkiyəyə səfərinin tarixi açıqlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

Səfərin iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlı olduğu və yapon nazirin sabah Türkiyədə olacağı bildirilib.

O, səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək.