Rus qoşunları Xarkovda darmadağın edilir - Makaruk
Rus işğalçıları Xarkov vilayətində ciddi itkilər verir, ruslar darmadağın edilir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin serjantı, beynəlxalq könüllülər cəmiyyətinin mətbuat katibi Mixail Makaruk deyib.
O qeyd edib ki, ruslar Kursk və Belqorod vilayətlərində batalyonlar yığaraq döyüş bölgəsinə göndərirlər:
"Biz, əsasən, FPV dron operatorlarının və piyada əsgərlərimizin bacarıqlı hərəkətləri sayəsində onları fəal şəkildə məhv edirik".
O vurğulayıb ki, təəssüf ki, Ukrayna ordusu hücuma keçə bilmir, yalnız həmlələri dəf edir.