AŞ-nin Baş katibindən Bakıdakı partlayışa reaksiya
Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərərçəkənlərə və onların yaxınlarına, eləcə də Azərbaycan hakimiyyətinə başsağlığı verirəm.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç X hesabında yazıb.
Qeyd edək ki, Bakıda sexdəki partlayış nəticəsində 6 nəfər dünyasını dəyişib, 24 nəfər isə yaralanıb.