Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə BUTA.TV-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.

Qoşulub qaçan cütlük ot tayasından tapıldı Qoşulub qaçan cütlük ot tayasından tapıldı