Ermənistanın himni dəyişdirilməlidir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqramda yazıb.

O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır.

A.Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb.

Parlament sədri həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır.