Azərbaycan Uşaq Fondunun ofisinin qanunsuz boşaldıldığı iddia edilir.

“BUTA.TV” xəbər verir ki, bu barədə fondun sədri Zəhra Bədəlbəyli sosial şəbəkə hesabında məlumat yayıb.

“Hal-hazırda sədrlik etdiyim Azərbaycan Uşaq Fondunun ofisindəyəm. Bizim otaqlarımız qanunsuz olaraq boşaldılır”.

Onun sözlərinə görə, prosesi özlərini Dövlət Əmlak Komitəsinin əməkdaşları kimi təqdim edən şəxslər icra ediblər. Lakin onlara bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmayıb.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən “Report”a bildirilib ki, yayılan məlumatlar reallığı təhrif olunmuş şəkildə təqdim edir.

Qeyd edilib ki, tarixi memarlıq abidəsi olan “Hökumət evi”ndə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı Fonda ayrılmış sahədən təyinatı üzrə səmərəli istifadə edilmədiyi, ona ayrılmış sahənin yalnız bir hissəsinin istifadə olunduğu müəyyən edilib. Bununla yanaşı, Fond üç il ərzində kommunal-istismar xərcləri üzrə borcunu ödəməyib, 2026-cı il üzrə kommunal-istismar müqaviləsinin rəsmiləşdirilməsindən isə imtina edib.

“Fondun nümayəndələrinə borcun ödənilməsi və sahədən səmərəli istifadə edilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir tədbir görülməyib. Bununla əlaqədar, Fonda ayrılmış sahənin bir hissəsi boşaldılıb, Fonda aid əşyalar onun nümayəndələrinin iştirakı ilə, heç bir zərər yetirilmədən sahənin digər hissəsinə köçürülüb”, - məlumatda vurğulanıb.

Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq