Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə qələbəsi Avropa üçün qəbuledilməzdir. Ona görə də ABŞ-ın qərarından asılı olmayaraq, Avropa dəstəyi davam etdirməlidir.

BUTA.TV xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İsveçə səfəri zamanı çıxışında deyib.

O qeyd edib ki, müdafiə istehsalının artırılması ilə bağlı artıq bir sıra qərarlar qəbul edilib.