Stoltenberq Nobel mükafatına namizəd oldu
NATO-nun Baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Verdens Gang” məlumat yayıb.
Məlumata görə, Stoltenberqin namizədliyi Norveçin keçmiş mədəniyyət naziri Abid Raca tərəfindən irəli sürülüb.
“Heç kim Avropada və dünyada sülh, demokratiya üçün son bir ildə Yens Stoltenberq qədər iş görməyib”, - Raca bildirib.