Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Əlfəddin Rüstəm oğlu Məmmədov ilə 2003-cü il təvəllüdlü Rəvan Rəcəb oğlu Hüseynov arasında mübahisə düşüb. Nəticədə 21 yaşlı gənc bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.