Gəncə şəhərində müştəri üstündə taksi sürücüləri arasında mübahisə düşüb, onlar bir-birlərinə kəsici alətlə xəsarət yetirib.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, Gəncədən Bakıya sərnişin daşıyan taksi sürücüləri arasında müştəri üstə mübahisə düşüb.

Nəticədə onlar bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər.

Xəsarət alan - 1980-ci il təvəllüdlü Samir Arif oğlu İsmayılov və Nadir adlı digər şəxs Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

Ərdoğan sabah Qarabağa gəlir Ərdoğan sabah Qarabağa gəlir