Ramzan Kadırovun böyük oğlu Əhməd Kadırov Çeçenistan Respublikasının gənclərlə iş üzrə naziri təyin edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

O həmçinin rayonun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Əhməd Kadırov adına orden”ə də layiq görülüb.