Bu ölkə bütün artilleriyasını Ukraynaya verir
Danimarka bütün artilleriyasını Ukraynaya vermək qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu bəyanatla Danimarkanın Baş naziri Mette Frederiksen çıxış edib.
Onun sözlərinə görə, digər Avropa dövlətləri də Ukraynaya yardımı artırmalı, istifadə etmədikləri silah, sursat və hava hücumundan müdafiə sistemlərini göndərməlidir.