Bolqarıstanın Baş naziri Nikolay Denkov istefa vermək niyyətini təsdiqləyib.

BUTA.TV xəbər verir ki, Denkov bu barədə Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə açıqlayıb.

"Martın 6-da istefa verəcəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək",- o bildirib.

Denkov qeyd edib ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.