Rusların növbəti hücumu bu istiqamətdə olacaq
Ukraynada müharibə davam edir və Rusiya komandanlığı Donetsk vilayətindəki Avdeyevka şəhərini ələ keçirdikdən sonra, orduya dincəlməyə imkan verməyəcək. Onlar Ukrayna Müdafiə Qüvvələrinin “mərmi aclığından” istifadə edəcək və hərbçiləri cəbhənin digər istiqamətlərinə köçürəcək.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın "Aydar" batalyonunun keçmiş taqım komandiri Yevgeni Diki deyib.
O bildirib ki, ruslar bunu edəcəklər, yəni qüvvələrini 100% köçürəcəklər:
"Sizə deyirəm, dincəlməyə imkan verməyəcəklər. İndi hərbçiləri yenidən bölüşdürəcəklər. Ruslar Kramatorsk-Slavyansk aqlomerasiyası (Donetsk vilayəti) istiqamətində hücum əməliyyatı keçirməyə çalışacaqlar. Mərmi qıtlığımız olduğu halda, bu müddətdən maksimum yararlanmağa çalışırlar".