"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Qəbələ" ilə matçda zədələnib.

BUTA.TV xəbər verir ki, 27 yaşlı hücumçunun yerinə 40-cı dəqiqədə Leandro Andrade meydana daxil olub.

Hazırda görüşdə ikinci hissə oynanılır.

Qeyd edək ki, Juninyo Azərbaycan Premyer Liqasında 15 qolla bombardirdir.