Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləyin sürəti gecəyə doğru zəifləyəcək.

BUTA.TV Azərtac-a istinadlla xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, sabah gün ərzində mülayim cənub-şərq küləyi əsəcək.