Masallı rayonunda atdan yıxılan 49 yaşlı kişi ölüb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün rayonun Ninalov kəndinin ərazisində baş verib.

Məlumata görə, kənd sakini 1977-ci il təvəllüdlü Mikayıl Əbilov ehtiyatsızlıqdan atdan yıxılıb.

Faktla bağlı araşdırma aparılır.