Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Nazirıikdən BUTA.TV-a verilən məlumata görə, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.