Prezidentlər təltif olundu - Fotolar
Bu gün Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib.
“BUTA.TV” xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev isə “Heydər Əliyev” ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim edib.















