İsrail Hərbi Hava Qüvvələri Livanın Nəbatiyə şəhərinin şərqindəki Əli əl-Tahir yüksəkliklərinə zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Əşarq əl-Əvsət" qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda İsrail ordusu Əd-Dəhşə və Ət-Təhra təpələrinə, eləcə də yaxınlıqdakı Kfar-Tibnit və Kfar-Rumman kəndlərinə zərbələr endirir.

Həmçinin, artilleriyalar ərazini fosfor mərmiləri ilə atəşə tutur və dronlar yeraltı sığınacaqların girişlərinə zərbələr endirirlər.