Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Rusiyaya səfəri bir qədər rutin xarakter daşıyır.

BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radio aparıcısı Qlenn Bekə müsahibəsində deyib.

O, sadalanan digər ehtimalları istisna edib.

"Səsləndirdiyiniz versiyaların heç birinin bura aidiyyatı yoxdur", - Tramp bildirib.

Qeyd edək ki, “CBS Nyus” ötən gün MKİ direktoru Con Retkliffin “Boinq C-17A Globemaster III” hərbi təyyarəsi ilə Moskvaya gəldiyini bildirib. Onun Rusiya tərəfi ilə Ukraynadakı vəziyyəti, Moskvanın İrana dəstəyi, o cümlədən Yaxın Şərqdəi münaqişəni müzakirə edəcəyi iddia edilirdi.