Husilər bu limanı ballistik raketlərlə vurdular
Bu gün səhər saatlarında husilər Yəmənin qərbində yerləşən strateji əhəmiyyətli Əl-Muxa limanını yenidən atəşə tutublar.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib.
Məlumata görə, limana üç ballistik raket atılıb.
Hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.