Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilməli olan “Qarabağ” – “Tvente” matçının başlama saatı dəyişib.

BUTA.TV” xəbər verir ki, buna səbəb Bakıda əlverişsiz hava şəraitinin mövcud olmasıdır.

Məlumata görə, məhz bu səbəbdən qarşılaşmanın startı 15 dəqiqə gecikəcək və oyun saat 20:15-də başlayacaq.

***

Matç saat 20:15-də başladı.