İstanbulda ağır qəza: 2 ölü, 16 yaralı
İstanbul şəhərində Bakırköy istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində Kazlıçeşmə səmtində bağça hasarına çırpılıb.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər isə müxtəlif xəsarətlər alıb.
Əraziyə polis, təcili tibbi yardım xidmətinin əməkdaşları gəlib.
Qəzanın səbəbləri araşdırılır.