ABŞ İrana təzyiq göstərmək üçün iqtisadi, hərbi və diplomatik vasitələrlə yanaşı, gizli əməliyyatlardan da istifadə edə bilər.

BUTA.TV xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Di Vens Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Vensdən Vaşinqtonun İrana təzyiq məqsədilə gizli əməliyyatlara əl atmasının mümkün olub-olmadığı soruşulub.

“Mən qarşıdakı aylar və illər ərzində İranla konkret olaraq necə davranacağımızı açıqlamayacağam. Çünki bu, prezidentin qərar qəbul etmək imkanlarını məhdudlaşdırar. Lakin biz bütün mümkün variantları – iqtisadi təzyiqi, hərbi təzyiqi, diplomatik təzyiqi və gizli təzyiqi nəzərdən keçiririk”, – ABŞ vitse-prezidenti deyib.