"Amazon" şirkətinə məxsus "Boinq 767" yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanının yaxınlığındakı yolda qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.

Təyyarə Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.

Qəzanın səbəbi və hadisənin tam miqyası hələlik məlum deyil.

Hakimiyyət orqanları ölən və yaralananların sayı barədə məlumat açıqlamayıb.