Xırdalanda çoxmərtəbəli binada mənzillərin birinin eyvanının şüşəsi qoparaq küçədən keçən qadının başına düşüb.

BUTA.TV” xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb. 

Qadının xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı TƏBİB-dən “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 1978-ci il təvəllüdlü şəxsə (qadın) yerində tibbi xidmət göstərilib.