Husilər qaçqın düşərgəsinə zərbə endirdi
Yəməndəki üsyançı Ənsarullah (husilər) tərəfdarlarının Marib əyalətinin şimal hissəsindəki qaçqın düşərgəsinə raket hücumu nəticəsində ən azı iki nəfər həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Hədəs” televiziyasının verdiyi məlumatda deyilir.
"Maribdəki düşərgənin atəşə tutulması nəticəsində ən azı iki yeniyetmə həlak olub. Hücum nəticəsində bir neçə nəfərin yaralanıb”, - deyə bildirilib.