Bakıda velosiped sürücüsü piyadalar üçün təhlükəli anlar yaşadıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, velosipedçi idarə etdiyi nəqliyyat vasitəsi ilə Dağüstü park ərazisindəki pilləkənləri sürətlə enib. Tahir adlı şəxsin dağ velosipedçiliyi idman növü üzrə peşəkar velosiped sürücüsü olduğu bildirilib.
Görüntülər bu idman növünü sevən və adrenalin həvəskarlarının rəğbətinə səbəb olsa da, parkda istirahət edən insanların narazılığına səbəb olub.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.az-a bildirib ki, bu, “Yol hərəkəti haqqında” qanunun müvafiq maddəsi ilə tənzimlənir:
“Qanunun 38-ci maddəsi özündə velosipedçinin vəzifələrini ehtiva edir. Maddədə qeyd edilib ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir. Eləcə də velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.
Lakin sözügedən görüntülərdəki vəziyyət İnzibati Xətalar Məcəlləsinin 338.4 maddəsinə (Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına) əsasən tənzimlənir və 40 manat məbləğində cərimə nəzərdə tutulur”.
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət etdi
- Leyla Əliyeva “Məlhəm Hospital”ında - Foto
- Əli Əsədov Ukraynanın yeni baş nazirinə məktub göndərdi
- “O yerdə ki, qadın idarəçiliyi var, orda din-bərəkət yoxdur” deyildi və cərimələndi
- İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır
- "Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu