Bu gün bizim vəzifəmiz Azərbaycanın Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisini tanıdığını bir daha təsdiqləməsinə nail olmaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Artaşatda partiya yoldaşları ilə görüşündə deyib.
“Bugünkü siyasi debat məhz buna aiddir, çünki biz Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımayan bir çox siyasi qüvvələri görürük. Mən, əlbəttə ki, məsələn, Azərbaycan kimi danışmıram, amma kim düşünürsə ki, Ermənistan daha böyükdür, o hesab edir ki, bu (Ermənistan xəritəsinin maketini göstərir – red.), Ermənistanın ərazi bütövlüyü deyil. Əgər başqası Ermənistanın çox kiçik olduğunu düşünürsə, o da hesab edir ki, bu, Ermənistanın ərazi bütövlüyü deyil. Görünür, bu iki baxış bir-birinə ziddir, lakin hər ikisi deyir ki, bu, Ermənistanın ərazi bütövlüyü deyil”, - o bildirib.
Paşinyan qeyd edib ki, əvvəllər belə söhbətlər mümkün deyildi, çünki onlar da bunun üçün kifayət qədər yetkin deyildilər.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
- İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər...
- 12 yaşlı qız xəstəxanaya ölü vəziyyətdə gətirilibmiş
- Sabah da 41 dərəcə isti olacaq
- “Vəziyyət çox pisdir...” - “Sədərək”də alver azalır - Video
- Şok əməliyyat: bir neçə sahibkar saxlanıldı - Detallar
- Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
- “Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı
- Bakı İstintaq Təcridxanasının sabiq rəisi öldü - Foto