Fövqəladə Hallar Nazirliyi həftəsonu su hövzələrinə üz tutan vətəndaşlara müraciət ünvanlayıb.
BUTA.TV müraciətin mətnini təqdim edir:
“Xəbər verildiyi kimi, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur.
Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşlara müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini xatırladır.
Yadda saxlamaq lazımdır ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır. Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
- “Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı
- Bakı İstintaq Təcridxanasının sabiq rəisi öldü - Foto
- Anomal istilər: DYP-dən sürücülərə xəbərdarlıq
- 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video
- Məşhur həbsxana rəisi vəfat etdi - Foto
- Cəbrayılın Soltanlı kəndinin sakinlərinə şad xəbər!
- 41 dərəcə istidə çimərliyə gedənlərə xəbərdarlıq!
- Toy karvanında xuliqanlıq edənlər saxlanıldı - Video