“Siyasi mühacir” adı altında Avropada məskunlaşan şəxslərin kəşfiyyat xidmətləri tərəfindən maliyyə və oturum hüququ qarşılığında öz ölkələrinə qarşı istifadə edildiyi sirr deyil. Belə şəxslərlə bağlı hətta yeni bir deyim də ortaya çıxıb: “transmilli casuslar”. Belələrini digər mühacirələrdən ayıran iki əsas faktor var: onlar siyasi fəaliyyət göstərir, yaxud özlərini bu formada təqdim edirlər və təkcə məskunlaşdıqları ölkənin kəşfiyyat xidmətinin qulluğunda dayanmırlar, eyni zamanda, öz ölkələrinə qarşı müxtəlif qüvvələrin maraqlarında yer alırlar.
Avropada “siyasi mühacir” adı altında məskunlaşan “söyüş blogerləri” kimi tanıdığımız bir qrup azərbaycanlı məhz “transmilli casuslar” kateqoriyasına daxildir. Onların fəaliyyət istiqamətləri – Azərbaycana qarşı birdən çox ölkənin planlarında yer almaları bunu deməyə əsas verir. Bu ünsürlərin Azərbaycanı xırda maraqları - Avropada işləmədən rahat yaşamaq və pul qazanmaq naminə satdıqları ortadadır. Antiazərbaycan qüvvələr isə onları göydəndüşmə fürsət və ucuz işçi qüvvəsi olaraq görürlər, çünki kifayət qədər bahalı olan antitəbliğat kampaniyasını müəyyən miqdarda pul xərcləmək və oturum (müvəqqəti yaşamaq) hüququ verməklə əldə edə bilirlər.
Bu məqamlar Avropada “siyasi mühacir” adı altında məskunlaşan “söyüş blogerləri”nin maliyyə mənbələrini də aktuallaşdırır. Və araşdırmalar təsdiq edir ki, onları müəyyən maliyyə qarşılığında Azərbaycana qarşı sözün gerçək mənasında, “piyada” kimi istifadə edən birdən çox ölkə - qüvvə mövcuddur.
“Söyüş blogerləri”nin əsas maliyyə mənbələrindən biri Avropa ölkələridir, burada xüsusilə Fransa, Almaniya və Niderlandın adı hallanır. Əsasən bu ölkələrdə məskunlaşan “söyüşçülər” oturum hüququndan məhrum olmamaq üçün kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir və müxtəlif fondlar tərəfindən maliyyələşdirilir. Fransdan fərqli olaraq, Almaniya və Niderlandın bu şəxslərdən birbaşa istifadə etdiyinə dair məlumatlar azdır, lakin dövlətlərarası münasibətlərə zərər verən fəaliyyətlərinə rəğmən, qorumaları bu ölkələrin onlardan yararlandığına dəlalət edir. Fransa isə “söyüşçülər”dən istifadə etdiyini gizləmir.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Fransa kəşfiyyatı onları məlumatlandırır. Misal üçün, “söyüş blogeri” kimi tanınan Məhəmməd Mirzəlinin heç bir əsası olmayan “Azərbaycan hakimiyyəti mənim həyatıma sui-qəsd edib” təbliğatı məhz kəşfiyyatın məhsulu idi. Onun “Fransa kəşfiyyatı məni qorudu” sözləri də bunu təsdiq edir. Halbuki M.Mirzəli məişət münaqişəsi zəminində döyülmüşdü və bununla bağlı faktlar olmasına baxmayaraq, Fransa hadisədən Azərbaycana qarşı siyasi kampaniya üçün istifadə etməyə cəhd etdi. Fransa mediası isə “söyüşçülərin” müdafiəsinə geniş yer verir və tez-tez onlar üçün tribunaya çevrilir.
“Söyüş blogerləri”nin bəlli olan maliyyə mənbələri arasında erməni diasporu/lobbisi də var. Açıq mənbələrdə bunu təsdiq edən kifayət qədər məlumatlar mövcuddur. Misal üçün, 2023-cü ildə erməni diasporu/lobbisinin təsiri ilə Avropa Parlamenti Azərbaycanın suverenliyini bərpa etməsinin qarşısını almaq məqsədilə Qarabağdakı separatçıları dəstəkləyən qətnamə qəbul edərkən, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov bunu alqışlarla qarşıladı. Buna qədər həmin şəxslər Xankəndidəki separatçıların neytrallaşdırılmasına qarşı atılan addımları “blokada” adlandırır, hadisələri erməni tezisləri kontekstində təqdim edirdilər. AP-nin qətnaməsini də “öz xidmətlərini nəticəsi” kimi qəbul etmişdilər. Bununla yanaşı, M.Mirzəli mütəmadi olaraq erməni informasiya resurslarında Azərbaycana qarşı çıxışlar edir. Tural Sadıqlının isə Nurnberqdə erməni diasporunun ofisini dəfələrlə ziyarət etdiyinə dair məlumatlar var. 2023-cü ildə “söyüşçülərin” Berlində “Ermənilərin Mərkəzi Şurası”nın (Zentralrat der Armenier in Deutschland e.V. – ZAD) Qarabağdakı separatçıları dəstəkləyən aksiyasında iştirakı da əsas faktlardan biridir.
Lakin “siyasi mühacir” adı altında yaşayan bu şəxslərdən təkcə Avropa ölkələri və erməni diasporu/lobbisi yox, həm də İran və Rusiya kimi ölkələr də yararlanır.
Rusiya maliyyə və məlumat ötürdüyü “söyüş blogerləri”ndən iki məqsəd üçün istifadə edir:
1. Onlar üzərindən rəsmi Bakıya qarşı siyasi təzyiq etməyə çalışır;
2. Bu ünsürlərin Avropada məskunlaşmasına, antiazərbaycan fəaliyyətlərini davam etdirməyə dəstək olmaqla rəsmi Bakının Avropa ölkələri ilə münasibətlərini pozmaq siyasətini yürüdür. Çünki rəsmi Bakıda “söyüşçülərin” məskunlaşdığı Avropa ölkələri ilə münasibətlərdə haqlı olaraq şübhələr və suallar yaranır.
Rusiyanın “söyüşçülər”ə maliyyəni müxtəlif formalarda ötürdüyü, izi gizlətmək üçün xüsusilə biznes dairələrindən istifadə etdiyi haqda məlumatlar var. Mehman və Emin Hüseynov qardaşları da son çıxışlarında məlumatları Rusiyadan aldıqlarını etiraf etmişdi.
“Söyüş blogerləri”nin tərkibində İranın da öz qrupları var. Onlar əsasən keçmiş “Müsləlman Birliyi Hərəkatı”nın Avropaya gedən üzvləridir. Berlində Kansler İdarəsinin önündə keçirilən son aksiyanın məhz İranın dəstəyi və maliyyəsi ilə baş tutduğuna dair məlumatlar mövcuddur. Bu aksiyanın “Müsəlman Birliyi Hərəkatı”nın Almaniyaya gedən üzvləri – Orxan Ağayev, Ələmdar Bünyadov və digərləri tərəfindən təşkil edilməsi, Tale Bağırzadənin isə onlara “xüsusi təşəkkür məktubu” ünvanlaması İran izini açıq şəkildə göstərir. Lakin “söyüşçülərin” özlərini sekulyar göstərən dəstəsi də zaman-zaman İranın direktivlərini yerinə yetirir. Misal üçün, Tehranda Azərbaycan səfirliyinə qarşı terror aktı törədilən zaman Tural Sadıqlı İranın mövqeyini müdafiə edir, dini-klerikal dairələrin tezislərindən çıxış edirdi.
Göründüyü kimi, müxtəlif ölkələrin-qüvvələrin maliyyə və məlumat ötürdüyü “söyüş blogerləri” “siyasi korporasiya” kimi fəaliyyət göstərir: Avropa ölkələri, erməni diasporu/lobbisi, Rusiya, İran və s. Hər bir qüvvənin “söyüş blogerləri”nin tərkibində öz adamları-qrupları var və lazım olan məqamda Azərbaycana qarşı istifadə edirlər. “Siyasi mühacir” kimliyi altında gizlənən bu ünsürlər də “pulu verən musiqini sifariş edər” prinsipi ilə yaşayır. Sifarişi-pulu verənlər arasında müxtəlif ölkələr-qüvvələrlə yanaşı, fərdi şəxslər də var.
“Akkord” şirkətinin keçmiş rəhbəri İlqar Hacıyev onlardan biridir. Biznes fəaliyyətindəki uğursuzluqlarına görə Avropaya köçən, daha sonra Azərbaycanı söyməklə həyatını qurmağa, itirdiklərini yenidən qaytarmağa çalışan İ.Hacıyev sıralarına qoşulduğu “söyüş blogerləri”nin həm də əsas maliyyəçilərindəndir. Hacıyev özü də Qərbdə antiazərbaycan dairələri ilə əməkdaşlıq edir, hətta onun xristianlığı bu dairələrə xoş gəlmək məqsədilə qəbul etdiyi deyilir.
Bütün bunlar bir daha göstərir ki, Avropada “siyasi mühacir” adı altında yaşayan bu ünsürlər Azərbaycana qarşı xain planların icraçılarıdır.
- 53 yaşlı kişini qatar vurdu: meyit tanınmaz hala düşdü
- Avropadakı vətən xainlərini kim maliyyələşdirir?
- Bakıya uçan taksilər nə vaxt gələcək? - Ekspert
- Nəhəng təyyarə 17 min kilometri fasiləsiz uçdu - 19 saata - Fotolar
- Növbəti DÇ tarix yazacaq - Bir əsrlik mundialda gözlənilməz dəyişikliklər
- Prezidentin qızına xəyanətini qəzetdə elan vermişdi - 644 milyon ödəyəcək
- Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Cəlilabadda park tikintisində nələr tapıldı?