İrəvan Azərbaycanla sərhədə niyə ordu yığır? - Belyayev

11:56 - 2 Aprel 2024 - GÜNDƏM

 İrəvan Azərbaycanla sərhədə niyə ordu yığır? - Belyayev

İrəvan ətrafındakı vəziyyət və Rusiya-Ermənistan münasibətləri ilə bağlı bu gün Kremlin mövqeyi son dərəcə ehtiyatlıdır. Rusiya hakimiyyəti hələ də siyasi xəbərdarlıq taktikasından istifadə edir, Ermənistana onların Qərbə 180 dərəcə dönüşünün nəyə gətirib çıxaracağını sözün əsl mənasında bildirir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq və iqtisadçı Mixail Belyayev deyib.

“Artıq Ermənistana silahların verildiyini görürük. Nə qədər qəribə səslənsə də, bu gün İrəvana erməni tərəfilə ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində təcrübə mübadiləsi aparacaq amerikalı hərbi təlimatçılar gəlib. İrəvan Rusiya plastik “Mir” kartlarını öz ərazisində qəbul etməkdən imtina edib. Bu da Ermənistanın Rusiyaya qarşı ikinci dərəcəli Qərb sanksiyalarını tətbiq etməsinə bir işarədir. Müəyyən ssenaridə Ermənistanda hakimiyyətdə rusiyayönlü lider peyda ola bilər. Amma Qərb Rusiya ilə qlobal münaqişə fonunda Ermənistandan elə möhkəm yapışıb və onu xüsusi diqqət mərkəzində saxlayır ki, hələ də güclənən qərbyönlü vektoru kəsmək mümkün deyil. İqtisadi nöqteyi-nəzərdən Rusiyanı, Aİİ-ni Ermənistanda kim əvəz edə bilər? Vəd yox, real şəkildə kim əvəz edə bilər? Bu, ciddi sualdır. Rusiya Ermənistansız yaşaya bilər, biz sadəcə olaraq erməni mallarını həqiqi dost ölkələrin malları ilə əvəz edə bilərik”, - o bildirib.

Belyayevin fikrincə, Aİİ istənilən birlik kimi həmfikirlərin birliyidir:

Bu xəbər hal-hazırda çox oxunur
Cavanşir Məmmədov vəfat etdi

“Ermənistan Aİİ-nin aparıcı ölkəsi kimi özünü Rusiyaya qarşı qoyursa, demək olar ki, o özünü bütün Birliyə qarşı qoyur, çünki İrəvanın qərbyönlü siyasəti bu strukturda heç bir dövlətin xoşuna gəlmir. Bu isə o deməkdir ki, Aİİ-də belə dost olmayan üzvə yer yoxdur. Cənubi Qafqazı yenidən yandırmaq istəyirlər. Bu baxımdan da ABŞ Azərbaycan əleyhinə qərarlar verir. Ona görə də Nikol Paşinyan indi Azərbaycanın guya hazırladığı hansısa yeni müharibədən danışır. Təxribat məqsədilə Ermənistan qoşunları şərti olaraq Ermənistan-Azərbaycan sərhədinə cəmləşirlər. Ermənistan Amerikanın eksklavına çevriləcək, ABŞ Rusiya üçün bundan sonra da bəlalar yaratmaq siyasətini oradan həyata keçirəcək. Qərb Ermənistanı satın alır. Amma ödəniş saxta və dəhşətli olacaq. Qərbin qucağına düşən istənilən MDB ölkəsinin taleyi bir çox suallar doğurur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol