Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.
Məlumata görə, əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.
Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.
General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO