Baxçalı 2 mafiya liderini BARIŞDIRDI - Sedat Peker DƏSTƏK VERDİ
Türkiyədə uzun illərdir davam edən ədavətlə tanınan "Sarallar" və "Şahinlər" qruplaşması arasında diqqətçəkən görüş baş tutub.
BUTA.TV xəbər verir ki, Burhanettin Saral ilə Sedat Şahin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının kabinetində bir araya gəliblər.
MHP Qərargahında keçirilən görüşün ardından tərəflərin birgə çəkdirdiyi fotolar partiyanın rəsmi sosial media hesablarında təqdim olunub. Partiya bu buluşmanı “tarixi qucaqlaşma və görüş” kimi səciyyələndirib.
MHP Baş katibi İsmet Büyükataman da açıqlamasında "Sarallar" və "Şahinlər" ailələrinin MHP Qərargahındakı biraraya gəlməsini yüksək qiymətləndirib.
Görüşdən əvvəl Saral ailəsi Trabzonun Sürmenə rayonunda, Tarixi Baştımar Ailəsi Muzeyinin həyətində 4 minə yaxın insanın iştirakı ilə geniş tərkibli tədbir keçirib.
Tədbirdə çıxış edən Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral “Türkiyə Yüzili” və “Terrorsuz Türkiyə” hədəflərinə vurğu edərək, münaqişə əvəzinə qardaşlıq və birliyin gücləndirilməsinin vacibliyini bildirib.
20 ildən artıqdır davam edən və hər iki tərəfin adının çoxsaylı istintaq işlərində hallandığı ədavətin bitməsi ölkə gündəmində böyük əks-səda doğurub.
Görüşün ertəsi günü Sedat Peker də "Instagram" hesabından açıqlama yayaraq sülhə töhfə verənlərə təşəkkür edib:
“Sülhə vasitəçilik edənlər, sülh qərarı alanlar Uca Allahın ən sevdiyi bəndələridir. Çox dəyərli bir qərardır. Başda MHP sədri cənab Dövlət Baxçalı olmaqla, əməyi keçən hər kəsdən Uca Allah razı olsun”.
Pekerin bu paylaşımı siyasi gündəmin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
BUTA.TV

General-leytenant şəhid anaları ilə görüşdə kövrəldi - VİDEO