Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ordunun Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Aydos Mırzaxmetovu ölkənin yeni müdafiə naziri təyin edib.

BUTA.TV xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

"Aydos Sakenoviç Mırzaxmetov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilsin və o, əvvəlki vəzifəsindən azad edilsin", - deyə sənəddə bildirilib.

Qeyd edək ki, Xəzər dənizində keçirilən təlimlər zamanı hərbçilərin həlak olmasından sonra Dauren Kosanov müdafiə naziri vəzifəsindən azad edilmişdi.

Keçmiş separatçı rejimin başçısı yenə sərsəmlədi - Elə açıqlamalar verdi ki... Keçmiş separatçı rejimin başçısı yenə sərsəmlədi - Elə açıqlamalar verdi ki...