Zakir Həsənov Haluk Görgünlə görüşdü

17:04 - 2 Aprel 2024 - GÜNDƏM

 Zakir Həsənov Haluk Görgünlə görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.

Bu xəbər hal-hazırda çox oxunur
Cavanşir Məmmədov vəfat etdi

H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.

Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol