ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə telefon söhbətində dövlət başçısını inandırmağa çalışıb ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş Azərbaycan əleyhinə deyil. Blinken görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Əgər Blinkenin söylədiyi kimidirsə, yəni mövzu təhlükəsizlik təminatı deyil, iqtisadi dəstək olacaqsa, bu halda Vaşinqton Brüssellə birgə Ermənistanı Rusiyanın iqtisadi asılığından qurtarmaq istəyir. Paşinyanın da tələbi elə budur ki, Ermənistanın Rusiyadan ipləri qoparması üçün Vaşinqton və Brüssel İrəvana maliyyə dəstəyi verməlidir. Ancaq bunun reallaşması mexanizmi necə olacaq?” – politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistana bir neçə milyard dollar və ya avro ayıra bilərlər, ancaq bu, Ermənistanın iqtisadi problemlərinin həlli demək olmayacaq:
“Rusiya Ermənistana qaz nəqlini kəsərsə, ABŞ və AB bu problemi necə həll edəcək? Və ya Avropa öz bazarlarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açmağa hazırdırmı? Çətin. Ermənistan məhsullarının əsas hissəsi Rusiya bazarlarında satılır. Vaşinqton və Brüssel Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq istəyirlərsə, Paşinyana Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırmalıdır. Digər alternativlər Ermənistanı xilas etməyəcək”.
Qeyd edək ki, aprelin 3-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
- İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni açıqlama
- Prezidentdən BƏƏ səfəri ilə bağlı paylaşım - Video
- Əliyev və Paşinyanın 5 saatlıq görüşündən çıxan nəticə
- Əbu-Dabidəki görüşün 5 saat çəkməsi o deməkdir ki... - Politoloq
- Rusiyanın kamikadze dronu səfirliyimizin yaxınlığına düşdü - Foto
- Qafqazda nə baş verir? - Rus mediası isterikaya düşdü
- Əliyevlə Paşinyan bununla bağlı göstəriş verdilər - Ermənistan XİN
- İrəvan Zəngəzur dəhlizi ilə bağlı buna razıdır - Təcili