Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan başına yığdığı “artsaxlılarla” Qarabağ məsələsini gündəmdə saxlamaq cəhdlərini davam etdirməyə çalışıb.
BUTA.TV xəbər verir ki, Vardan Oskanyan və “artsax məsələləri komissiyası” adlı yaratmağa çalışdıqları “qurum” üzvləri Ermənistan hakimiyyəti ilə də görüşlər keçirərək, dəstək almaq istəyiblər. V.Oskanyan deyib ki, Qarabağ məsələsi perspektivsiz olsa da, bunun gündəmdə saxlanılması Ermənistanın “təhlükəsizlik sahəsində”güclü mövqedən çıxış etməsinə, ölkənin müdafiəsinin güclənməsinə kömək edə bilər.
“Komissiya” çox fikirləşdikdən sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və TŞ katibi Armen Qriqoryanla görüş qərarı verib. Ararat Mirzoyandan öncə isə “artsaxlı” Armen Qriqoryana üz tutublar və düşünüblər ki, Qriqoryan “həmyerli kimi” onlara dəstək verə bilər.
Erməni mediasının məlumatına görə, Qriqoryan onları çox soyuq qarşılayıb və cəmi 20 dəqiqə vaxt ayırıb. Eyni zamanda, “komissiya üzvlərinin” geniş açıqlamasına, “izahatlarına” da imkan verməyərək, onların sözünü kəsib və qəti şəkildə bildirib ki, onlara heç bir dəstək olmayacaq, çünki Qarabağ məsələsi artıq bitib.
Qeyd edək ki, Oskanyan Avropada da erməni diasporunun dəstəyi ilə bir sıra görüşlərə cəhd etmişdi.
- Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb
- Quru sərhədlərin açılması barədə vacib açıqlama
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı