Türkiyə Ermənistanı işğalından azad edilmiş ərazilərdəki mina sahələrinin dəqiq xəritələrini Azərbaycana təhvil verməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda bildirilib.
“BMT Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini mina təhlükəsinə cəlb etmək üçün aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” elan edib. Ankara uzun müddət minalarla çirklənmə ilə bağlı ciddi təhlükələrlə üzləşmiş Əfqanıstanın, eləcə də işğaldan azad edilmiş ərazilərində hələ də dəqiq yeri bilinməyən çoxlu minaların olduğu Azərbaycanın narahatlığını bölüşür. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini verməyə çağırırıq”, - bəyanatda vurğulanıb.
- Əliyevlə danışdım, Səfərovların Rusiyada qətli...
- Bakıya qarşı İrəvanı qoya bilməz – bəs, Kreml nə edəcək?
- Zelenski sevincək Bakıya zəng etdi: ona lazımdır bu, bizə yox - Rus ekspert
- Peterburqda dava: Azərbaycanlı ailə deport edildi
- Bakıya verilən meyitlərə baxın, dəhşətdir - Rus ekspert
- Zaxarova: Azərbaycan bundan narazılıq etməyib
- Rus mediasından Bakıya qarşı növbəti şantaj
- Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət...