Sabah Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Ermənistanın AB-yə üzvlük üçün müraciət edib-etməyəcəyinə, Avropa yolu ilə gedəcəyinə, yoxsa Rusiya ilə Avropa arasında tarazlıq yaradan qeyri-müəyyən status-kvonu saxlamağa davam edəcəyinə aydınlıq gətiriləcək. Xüsusilə hakim partiya bu görüşün nəticələrini səbirsizliklə gözləyir, bundan sonra onlar Nikol Paşinyanla görüşəcək və yekun nəticəni çıxaracaqlar. Baş nazirlə iqtidaryönlü qanunvericilərin son qapalı görüşündə qanunvericilər bildiriblər ki, AB-yə üzvlük üçün müraciət etməyə ehtiyac yoxdur, çünki Ermənistan iqtisadiyyatı Rusiyadan çox asılıdır və Rusiya bu xəyanətə dözməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Hətta belə fikirlər səslənib ki, Avropaya bu tam hesablanmamış müraciət İrəvanın təkcə Zəngəzur dəhlizini deyil, bütün Zəngəzuru itirməsinə səbəb ola bilər. Lakin sonda iqtidaryönlü dairələr belə qənaətə gəliblər ki, Qərbdən ciddi maliyyə dəstəyi şəklində konkret təminatlar tələb olunmalıdır. Hətta hesablayıblar ki, Qərb ən azı 7-8 il ərzində Ermənistana hər il 2-3 milyard dollar ayırmalıdır ki, İrəvan iqtisadiyyatını şaxələndirib Rusiyadan ayrılsın. Rusiya isə regiondan sıxışdırılmalıdır. Yəni bu xəyanətin qiyməti var və ildə 3 milyard dollar təşkil edir. Paşinyan komanda yoldaşlarının narahatlığına cavab olaraq ona belə bir təminat verilmədiyini bildirib. Amma Baş nazir partiya nümayəndələrinin dar dairəsinə pıçıldayıb ki, Avropa sanki ən azı 1 milyard dollar məbləğində maliyyə dəstəyi verməyə razıdır”, - məlumatda deyilir.
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi