Fransa Prezidenti Emmanuel Makrona ictimai etimad 25 faizə düşüb ki, bu da 2022-ci ildən bəri ən aşağı səviyyədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Les Echos” qəzeti "Elabe" sosioloji xidmətinin sorğusuna istinadla məlumat yayıb.
Qəzet yazır ki, buna səbəb iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalardır. Həmçinin qeyd edilib ki, Qabriel Attalın Baş nazir vəzifəsinə təyin olunması da etimad reytinqinə heç bir təsir göstərməyib.
Dövlət başçısından ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri (65 yaş və yuxarı) yaşayıb. Apreldə bu qrupdan olan respondentlərin yalnız 27 faizi dövlət başçısına etimadı saxlayıb, martda isə bu göstərici 36 faiz olub.
- Güneydən Bakıya 183 yazarın imzası ilə etiraz - O, təmsilçimiz deyil!
- Azərbaycanlı aparıcı ermənini efirdə susdurdu - Video
- Əliyənnağı Hüseynov Təbrizdən geri çağırıldı
- “Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
- Kamran Əliyev ABŞ-da
- Ohanyanın ölkədən çıxışına qoyulan qadağa ləğv edildi
- Prezidentin geri çağırdığı səfirə yeni vəzifə verildi
- İraqlı nazir Azərbaycana gəldi