Rusiya bunsuz hücuma keçə bilməyəcək - NATO

09:10 - 5 Aprel 2024 - GÜNDƏM

 Rusiya bunsuz hücuma keçə bilməyəcək - NATO

Böyük səfərbərlik olmasa, Rusiya Ukraynada hər hansı genişmiqyaslı hücum əməliyyatı həyata keçirə bilməyəcək.

BUTA.TV xəbər verir ki, bunu NATO-nun adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi Rusiyanın "Vacib xəbərlər" nəşrinə açıqlamasında deyib.

NATO nümayəndəsi hesab edir ki, Rusiya hərbçilərinin hələ də bunun üçün sursat və manevr bölmələri yoxdur:

“Onlar çox güman ki, Ukrayna Silahlı Qüvvələrini sıradan çıxarmağa yönəlmiş hücumları davam etdirəcəklər”.

NATO-nun kəşfiyyat məlumatlarına görə, Rusiya ordusunun yerli komandanlığı hələ də quruda mürəkkəb əməliyyatlar təşkil edə bilmir və artıq hərbçilərin əhval-ruhiyyəsini qoruyub saxlamaqda çətinlik çəkir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol