Sabah İmişlinin 41, Biləsuvarın 11 və Saatlının 1 yaşayış məntəqəsində qaz kəsiləcək.
BUTA.TV xəbər verir ki, “İmişli” QPS-i təbii qazla təmin edən, diametri 325 mm-lik yüksək təzyiqli qaz xətti üzərində yeni qaz ölçü qovşağına aid texnoloji düz sahənin quraşdırılması ilə bağlı 1 ədəd Dş300 mm-lik kürəvi kranın, 1 ədəd Dş300 mm-lik siyirtmənin, 2 ədəd Dş150 mm-lik kürəvi kranın, 1 ədəd Dş200 mm-lik siyirtmənin və diametri 159 mm-lik əlaqələndirici xəttin quraşdırılması nəzərdə tutulur.
Bununla bağlı olaraq sabah saat 09:00-dan işlər başa çatanadək, ümumilikdə 28 332 abonenti olan İmişli rayonu tam olaraq (İmişli şəhəri, 2 qəsəbə, 39 kənd, eyni zamanda Biləsuvar rayonunun inzibati ərazisində yerləşən 11 məcburi köçkünlər qəsəbəsi), həmçinin, Saatlı rayonu Məzrəli kəndində (226 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
Təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq xahiş olunur.
- Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edildi
- Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
- İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı
- Tiflis istiqamətində əlavə vaqonların istismarı üçün iş aparılır
- Anar Əliyev Zəngilanda sakinlərlə görüşdü
- Külək güclənəcək - Xəbərdarlıq
- Tiflisə getmək istəyənlərə sevindirici xəbər
- Türkiyədəki səfirimiz o oldu - Foto