Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xalq yazıçısı Çingiz Abdullayevin səhhətində yaranan problemin qida qəbulu ilə əlaqəli olmadığını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, Ç.Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar müvafiq qaydada araşdırılıb:
"Araşdırmalar nəticəsində müəyyən olunub ki, xalq yazıçısının səhhətində yaranan problem qida qəbulu ilə əlaqəli deyil. Bununla bağlı yayılan xəbərləri təkzib edir və bildiririk ki, rəsmi qurumla dəqiqləşdirilmədən bu cür məlumatların yayılması yolverilməzdir".
- Prezident təsdiqlədi: 20 manatlıq dövlət rüsumu ləğv edildi
- Prezident 2 fərman imzaladı
- Nazir bu teatra direktor təyin etdi
- AAYDA-ya məxsus şirkət ləğv olundu
- Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
- Speys TV-nin bank hesablarına həbs qoyuldu
- Sabah hava necə olacaq?
- Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Video