Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək

19:51 - 22 İyul 2026 - GÜNDƏM

 Bu rayonda 16 mindən çox abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunda təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

BUTA.TV-ın Report-a istinadən məlumatına görə, iyulun 23-də rayon ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud kəmərlərə birləşdirilməsi işləri həyata keçiriləcək.

Bununla əlaqədar sabah saat 09:00-dan başlayaraq işlər yekunlaşanadək Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan 16086 abonentin təbii qaz təchizatı dayandırılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol